Finss.az - Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC Yunanıstana ilk dəfə olaraq iki başlı suvarma hidrantları ixrac edib. İxracın birinci mərhələsi üzrə məhsulun dəyəri 100 min manatdan çox olub.
2013-cü ildən Parkın rezidenti olan “Azertexnolayn” müxtəlif diametrli borular və hidrotexniki avadanlıqlar istehsal edir. Hazırda şirkət 60-dan çox çeşiddə məhsul istehsal edir və məhsulları 25-dən çox ölkəyə ixrac olunur.

