Finss.az - Bakı şəhərinin mərkəzində yerləşən, Atatürk prospekti ilə Heydər Əliyev küçəsinin kəsişməsində fəaliyyət göstərən "Papa John's" restoranı satışa çıxarılıb.
Obyekt 1 100 000 manat qiymətlə təklif olunur və aylıq təmiz gəliri 4000 manat təşkil edir.
Ümumi sahəsi 150 kvadratmetr olan (110 kv.m əsas sahə və 40 kv.m zirzəmi) obyekt altımərtəbəli oblisovkalı binanın birinci mərtəbəsində yerləşir. Tam təmirli və qeyri-yaşayış çıxarışına malik olan obyekt 2014-cü ildən etibarən 20 illik icarə müqaviləsi əsasında istifadəyə verilib. Hazırda "Papa John's" restoranı tərəfindən aylıq 4651 manat icarə haqqı ilə istifadə olunur.
Ərazi yüksək piyada və nəqliyyat axını ilə seçilir. Yaxınlıqda "Gənclik" metrostansiyası, alış-veriş mərkəzləri, ictimai nəqliyyat dayanacaqları, banklar, klinikalar və universitet yataqxanaları yerləşir.
Ekspertlər bu tip obyektlərin həm stabil gəlir mənbəyi, həm də dəyərini zamanla qoruyan investisiya növü olduğunu bildirirlər.