BİZNES

15 İyul

TENDER: Lisenziyaların satın alınması

Finss.az - Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi lisenziyaların satın alınması məqsədilə açıq müsabiqə elan edib.

Müsabiqənin ümumi ehtimal olunan dəyəri 26,134.05 manat təşkil edir.

Müsabiqə çərçivəsində aşağıdakı proqram təminatı lisenziyalarının alınması nəzərdə tutulur:

  • Adobe Acrobat Professional — 15 ədəd, birillik lisenziya

  • JetBrains Enterprise — 4 ədəd, 1 illik, 18 proqram təminatı paketində çoxplatformalı dəstək

  • Material UI PRO — 1 ədəd, 1 illik lisenziya

  • RCDevs lisenziyaları (Çoxfaktorlu autentifikasiya) — 40 ədəd, Enterprise edition

  • ZOOM — 2 ədəd, 1 illik HOST lisenziyası

Təkliflərin təqdim olunma son tarixi 5 avqust 2025-ci il saat 10:00-dur. Təkliflər həmin tarixdə zərflərin açılması ilə birlikdə qiymətləndiriləcək.

İştirak üçün istifadə haqqı 25 AZN, iştirak haqqı isə 52.27 AZN təşkil edir və geri qaytarılmır. Təchizatçılar üçdən az olmadıqda satınalma baş tutacaq.

Əlavə məlumat və əlaqə üçün:
Zülfüqar Qayıbov
İnzibatçılıq departamentinin direktoru
Email: [email protected]
Telefon: 012 538 31 90

Ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:
//etender.gov.az/main/competition/detail/334600