BİZNES

15 İyul

Azərbaycanda güc transformatorlarının istehsalı 2 dəfədən çox azalıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 200 ədəd güc transformatoru istehsal olunub.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb.

Məlumata görə, güc transformatorlarının istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 304 ədəd və ya 2,5 dəfə azalıb. 2024-cü ilin birinci yarısında ölkədə 504 ədəd transformator istehsal olunub.

Qeyd edək ki, 2024-cü il ərzində (illik ümumi göstərici üzrə) Azərbaycanda 1 132 ədəd güc transformatoru istehsal edilib. Bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 328 ədəd və ya 40,8% çoxdur. Xatırladaq ki, 2023-cü ildə istehsal həcmi 804 ədəd təşkil edib.

Fuad Mədətov
Finss.az