BİZNES

15 İyul

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatına yatırımlar azalıb

2025-ci ilin yanvar-iyun aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsinə əsas kapitala 1 milyard 808 milyon manat investisiya yönəldilib.

Finss.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına əsaəsn xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,6% azalma ilə müşahidə olunub.

Qeyd olunan sahənin əsas kapitala yönəldilmiş ümumi investisiyalardakı xüsusi çəkisi 22,4% təşkil edib.

Yalnız nəqliyyat sektoru üzrə əsas kapitala yatırılan vəsaitlərin həcmi 1 milyard 806 milyon manat olub ki, bu da illik müqayisədə 13,79% azalma deməkdir.

Ümumilikdə, 2025-ci ilin ilk altı ayında ölkə iqtisadiyyatının və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 73 milyon manat yönəldilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5% azalma deməkdir.

Neft-qaz sektoruna yönələn investisiyaların həcmi 23,8% azalıb, qeyri-neft-qaz sektoruna yönələn vəsait isə 13,5% artıb.

Fuad Mədətov
Finss.az