BİZNES

15 İyul

Azərbaycanda kompüter istehsalında artım qeydə alınıb

Finss.az - 2025-ci ilin ilk altı ayında Azərbaycanda 1 430 ədəd noutbuk istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,4% və ya 527 ədəd çoxdur.

Stolüstü kompüterlərin istehsalında isə daha kəskin artım qeydə alınıb – bu müddət ərzində 1 795 ədəd masaüstü kompüter istehsal edilib. Bu, əvvəlki ilin göstəricisindən 951 ədəd və ya 2,1 dəfə çoxdur.

Ümumilikdə, kompüter, elektron və optik məhsullar, eləcə də elektrik avadanlıqlarının istehsalı üzrə 2025-ci ilin yanvar-iyun aylarında 128,3 milyon manatlıq məhsul buraxılıb. Bu göstəricilər yerli istehsalın genişləndirildiyini və texnoloji sahədə irəliləyişin davam etdiyini göstərir.