BİZNES

14 İyul

İyun ayında meyvə-tərəvəzin qiymətləri 1,9% ucuzlaşıb

Finss.az xəbər verir ki, Rosstatın cümə günü verdiyi məlumata görə, iyunda meyvə-tərəvəz məhsullarının qiymətləri may ayı ilə müqayisədə 1,88% ucuzlaşıb.

İllik ifadədə artım tempi 15,3%, ilin əvvəlindən isə 2,8% təşkil edib.

Ən çox qiymət artımı yerköküdə olub - 15,4%. Çuğundurun qiyməti 7,9%, almanın qiyməti 6,9%, portağalın qiyməti 2,3% artıb.

Eyni zamanda, kələmin qiyməti 17,2 faiz, pomidorun 11,4 faiz, bibərin 9,5 faiz, soğanın 6,7 faiz, bananın 5,1 faiz, kartofun 4,0 faiz, sarımsağın qiyməti 3,8 faiz ucuzlaşıb.