BİZNES

11 İyul

Levi Strauss gəlirlərini 6% artırdı

Finss.az - ABŞ-n cins geyim istehsalçısı Levi Strauss Co. 2025-ci ilin ikinci maliyyə rübündə gəlirlərini 6% artıraraq 1,446 milyard dollara çatdırıb.

Şirkətin xalis mənfəəti isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artaraq 67 milyon dollar olub.

Tənzimlənmiş mənfəət səhmə 0,22 dollar təşkil edərək bazar gözləntilərini (0,13 dollar) əhəmiyyətli dərəcədə üstələyib. Şirkət cari maliyyə ili üçün gəlirlərdə 1-2%, tənzimlənmiş mənfəətdə isə səhmə 1,25-1,3 dollar aralığında artım proqnozunu yeniləyib.

Levi Strauss üçüncü maliyyə rübündə gəlirlərini 3-4%, tənzimlənmiş mənfəətini isə səhmə 0,28-0,3 dollar səviyyəsində artım gözləyir. Dividendlər səhmə 0,14 dollara yüksəldilib.

Şirkətin bazar kapitallaşması ilin əvvəlindən 14,1% artaraq 7,8 milyard dollara çatıb.