Finss.az - Çinin Şansi əyalətindən Azərbaycana Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə ilk yük qatarı yola düşüb.
Çinin “Sinxua” xəbər agentliyinin məlumatına görə, ümumi çəkisi 1159 ton olan 50 standart konteynerdən ibarət qatar Şansi əyalətinin Jinzhong şəhərində yerləşən Zhongding logistika mərkəzindən Bakıya yola salınıb. Qatar Qazaxıstandan keçərək Aktau limanına, oradan isə yük bərə ilə Azərbaycana çatdırılacaq.
Ənənəvi üsullarla müqayisədə Transxəzər daşımaları daşıma vaxtını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.