BİZNES

09 İyul

Növbəti hərracda 16 nəqliyyat vasitəsi satılıb

Finss.az - İyulun 8-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 16 nəqliyyat vasitəsi satılıb.

Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 66 sifariş qəbul edilib. Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 8.500 manat olan “Nissan Sunny” markalı avtomobil 10.800 manata, 8.200 manat olan “Volkswagen Jetta” markalı avtomobil isə 10.700 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/3Mzggr linki vasitəsilə tanış olmaq olar.

Cari ay ərzində növbəti hərraclar 15, 22 və 29 iyul tarixlərində keçiriləcək.

Hərraca çıxarılan əmlakların siyahısı ilə //clck.ru/3LtZmC linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.