BİZNES

08 İyul

Nəqliyyat vasitələrinin təmiri üçün TENDER

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında istismar olunan nəqliyyat vasitələrinin cari təmiri üçün tender elanı verilib.

Finss.az dövlət satınalmalarının rəsmi portalında yerləşdirilən məlumata əsasən xəbər verir ki, satınalma proseduru 114527 nömrəsi ilə qeydiyyata alınıb. Tender çərçivəsində xəstəxananın nəzdindəki nəqliyyat vasitələrinin il ərzində texniki baxışdan keçirilməsi, ehtiyat hissələrinin dəyişdirilməsi və zəruri təmir işlərinin görülməsi nəzərdə tutulur.

Satınalma aşağıdakı texniki istiqamətləri əhatə edir: əyləc sistemləri, asma sistemləri, avtomobil qapıları, yanacaq sistemləri, təkərlər və şinlər, mühərrik hissələri, akkumulyatorlar, filtrlər, nasoslar, sandıqlar, alətlər və digər təmir komponentləri.

Layihənin ehtimal olunan dəyəri 6.248,10 manat təşkil edir. Təkliflərin təqdim olunması və zərflərin açılışı 23 iyul 2025-ci il, saat 10:00-da baş tutacaq.

Tenderdə iştirak etmək üçün təchizatçılar 12,50 AZN iştirak haqqı və 25 AZN istifadə haqqı ödəməlidirlər. Qeyd olunub ki, iştirak haqqı yalnız tender iştirakçılarının üçdən az olduğu halda qaytarıla bilər. İstifadə haqqı isə geri qaytarılmır.

Maraq göstərən təşkilatlar ətraflı məlumat və sənədlərlə tanış olmaq üçün bu keçidə daxil ola bilərlər.

Fuad Mədətov
Finss.az