Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 22-si və 29-da hərraclar keçiriləcək. Hərraclara 74 nəqliyyat vasitəsi çıxarılıb.
İyulun 22-də keçiriləcək hərraca 14 lot üzrə 62 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1987-2012-ci illəri əhatə edir.
İyulun 29-da keçiriləcək hərraca lot üzrə 12 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2013-2014-cü illəri əhatə edir.
Hərraca çıxarılan əmlakların siyahısı ilə //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq mümkündür.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.