BİZNES

07 İyul

Azərbaycanda payızlıq taxıl biçini 74,4% tamamlandı

Finss.az - Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına əsasən, iyulun 7-dək Azərbaycanda payızlıq taxıl sahələrinin 74,4 faizi biçilib.

Mövsüm ərzində ümumilikdə 691 928 hektar sahədə biçin aparılıb və 2 336 704 ton məhsul yığılıb.

Taxıl üzrə orta məhsuldarlıq 33,8 sentner/ha təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 sentner/ha çoxdur. Xüsusilə, 299 401 hektar buğda sahəsində 1 092 309 ton, 392 527 hektar arpa sahəsində isə 1 244 394 ton məhsul toplanıb. Buğdanın orta məhsuldarlığı 36,5 sentner/ha, arpanın isə 31,7 sentner/ha səviyyəsindədir.

Biçin tam yekunlaşan rayonlar arasında Ağdaş, Astara, Bərdə, Cəlilabad, Göyçay, Lənkəran, Masallı, Salyan, Ucar və Yevlax daxildir. Hazırda ölkə üzrə 1 153 kombayn biçin işlərində iştirak edir. Bunlardan 439-u “Aqroservis” ASC-yə, 714-ü isə fiziki və hüquqi şəxslərə məxsusdur. Ən aktiv biçin Şəki, İsmayıllı, Qusar, Tovuz, Qəbələ, Oğuz, Xaçmaz, Şamaxı və Füzuli rayonlarında gedir.

Proqnozlara görə, biçin prosesi optimal vaxtda yekunlaşacaq.