BİZNES

04 İyul

Qlobal qəhvə bazarında böhran

Finss.az - Beynəlxalq Qəhvə Təşkilatının (ICO) icraçı direktoru Vanusiya Nogeira qeyd edir ki, dünya üzrə qəhvə tədarükündə əhəmiyyətli artım yalnız üç ildən sonra, yeni inkişaf etdirilmiş plantasiyaların məhsul verməyə başlaması ilə mümkün olacaq.

Bu, rekord səviyyədə yüksəlmiş qəhvə qiymətləri fonunda həyata keçirilən investisiyaların nəticəsidir.

Hazırda qlobal qəhvə bazarında təklif məhduddur, əsas istehsalçı ölkələrdə — Braziliya, Kolumbiya və Vyetnamda — ekstremal hava şəraiti səbəbindən istehsal defisiti müşahidə olunur və bu da qiymətlərin artmasına səbəb olub. Nogeira bildirib ki, bazarın defisit vəziyyətindən çıxması üçün iqlim şəraitinin əlverişli olması vacibdir.

Ekspertin fikrincə, yeni plantasiyalar təxminən üç ildən sonra məhsul verməyə başlayacaq və 2026-cı ildən sonra qəhvə təklifində artım müşahidə oluna bilər. Bununla belə, iyul ayında Braziliyada don təhlükəsi hələ də risk olaraq qalır.