BİZNES

03 İyul

SOCAR və digər dövlət şirkətləri qeyri-neft ixracında əsas paya sahibdirlər - SİYAHI

2025-ci ilin yanvar-may aylarında dövlətə məxsus şirkətlərin qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında aparıcı yerlər müəyyən olunub.

Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın iyun sayında yer alıb.

Hesabata əsasən, dövlətə məxsus şirkətlər arasında ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi lider mövqedədir. Siyahıda həmçinin aşağıdakı şirkətlər yer alıb:

  • “SOCAR Polymer” MMC
  • “AzerGold” QSC
  • “Azəralüminium” MMC
  • ARDNŞ-nin Qaz İxrac İdarəsi
  • “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
  • “Azərbaycan Hava Yolları” QSC
  • Naxçıvan MR Dövlət Energetika Xidməti
  • “İstisu” mineral su zavodu MMC
  • “Azəripək” MMC

Bu şirkətlər Azərbaycanın dövlət sektorunda qeyri-neft ixracının əsas dayaqlarını təşkil edir.

Fuad Mədətov
Finss.az