BİZNES

03 İyul

Azərbaycanın bu il qeyri-neft sektoru üzrə əsas ixracat ölkələri açıqlanıb

2025-ci ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə əsas ixracat ölkələri açıqlanıb.

Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın iyun sayında yer alıb.

Hesabata əsasən, qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələr sırasına Rusiya (442,3 milyon ABŞ dolları), Türkiyə (251,4 milyon), İsveçrə (127,9 milyon), Gürcüstan (125,5 milyon) və Ukrayna (76,5 milyon) daxildir.

Bu rəqəmlər Azərbaycanın ixrac potensialının müxtəlif regionlarda uğurla inkişaf etdiyini göstərir.

Fuad Mədətov
Finss.az