2025-ci ilin may ayında Azərbaycanın qeyri-neft sektoruna aid ixracında pomidor lider olub.
Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın iyun sayında əksini tapıb.
Hesabata əsasən, may ayında qeyri-neft ixracında pomidor 39,1 milyon ABŞ dolları ilə birinci yeri tutub. Pambıq 27,2 milyon ABŞ dolları ilə ikinci, qızıl isə 25,9 milyon ABŞ dolları ilə üçüncü sırada qərarlaşıb.
Bu göstəricilər qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatı və sənaye məhsullarının ixracda mühüm rol oynamağa davam etdiyini göstərir.
Fuad Mədətov
Finss.az