2025-ci ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 milyard 91,1 milyon manat məbləğində vəsait daxil olub.
Bu barədə Finss.az-a Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu göstərici proqnozla müqayisədə 4,1 milyon manat və ya 0,1% artıq icra olunub.
Bununla belə, cari ilin ilk yarısında gömrük daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 5% azalıb.
Qeyd edək ki, 2025-ci il üzrə Dövlət Gömrük Komitəsi vasitəsilə dövlət büdcəsinə ümumilikdə 6,6 milyard manat vəsaitin köçürülməsi planlaşdırılır.
Fuad Mədətov
Finss.az