Bu ilin yanvar-may aylarında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 35 515 mənşə sertifikatı təqdim edilib.
Bu barədə Finss.az Agentliyin yaydığı rəsmi məlumata istinadən xəbər verir.
Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 16,1% artım deməkdir.
Mənşə sertifikatı malların mənşəyi və istehsalçısı barədə səhih məlumatlara çıxış imkanlarını təmin edir, ixracatçılar üçün idxalçı ölkələr tərəfindən tətbiq olunan güzəştlərdən yaralanmaq üstünlükləri verir və onların etibarlı mənbələrdən əldə olunduğunu təsdiqləyir.
Fuad Mədətov
Finss.az