Finss.az xəbər verir ki, OPEC+ ölkələrinin hasilatı artırma planları fonunda investorlar təklifin çoxluğundan narahat olaraq çərşənbə axşamı səhər neft qiymətləri düşür.
Moskva vaxtı ilə saat 8:11-də Brent markalı neftin sentyabr fyuçersləri Londonun ICE Futures birjasında 0,33 dollar (0,49%) ucuzlaşaraq bir barel üçün 66,41 dollar olub. Bazar ertəsi Brent markalı neft 0,06 dollar (0,09%) ucuzlaşaraq 66,74 dollar/barel olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində bu vaxta qədər WTI markalı neftin avqust fyuçersləri 0,36 dollar (0,55%) ucuzlaşaraq bir barelə görə 64,75 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilə 0,41 dollar (0,63%) ucuzlaşaraq 65,11 dollar/barel olub.