BİZNES

30 İyun

ABŞ-ın Serbiyanın NIS-ə qarşı sanksiyaları bir ay - iyulun 29-dək təxirə salınıb

Finss.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Serbiya NIS-ə qarşı sanksiyaların tətbiqi ilə bağlı iyulun 29-na qədər möhlət verib, şirkətin açıqlamasında bildirilir.

Serbiya mətbuatına istinadən energetika naziri Dubravka Djedovic-Handanovic bildirib ki, “buna qarşı sanksiyalar rəsmən təxirə salınıb və bu, bir gecədə yazılı şəkildə təsdiqlənib”.

Serbiya əvvəllər ABŞ-dan NIS-ə qarşı sanksiyaların bir neçə möhlətini alıb, sonuncu dəfə isə iyunun 27-dək təxirə salınıb.

Xəbər verdiyimiz kimi, yanvarın 10-da ABŞ Rusiyanın iki neft şirkətinə – “Qazprom Neft” və “Surqutnefteqaz”a, eləcə də onların törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. “Qazprom Neft”in Serbiyadakı törəmə müəssisəsi – NIS də SDN Siyahısına daxildir. Bundan sonra ABŞ NIS-ə qarşı sanksiyaların tətbiqini təxirə saldı.