Finss.az - Bu ilin yanvar-may aylarında Azərbaycandan Niderlandlara 223,3 min ton bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac edilib.
Bu ixracın ümumi dəyəri 126,5 milyon ABŞ dolları təşkil edib. Bu barədə məlumatı Dövlət Gömrük Komitəsi yayıb.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə Niderland istiqamətinə ixrac edilən neftin dəyəri 69,5 milyon dollar və ya 2,2 dəfə, həcmi isə 133,4 min ton və ya 2,5 dəfə artıb. Bu göstərici ilə Niderland Azərbaycanın neft ixracı üzrə əsas 10 tərəfdaş ölkə sırasına daxil olub.
Ümumilikdə isə 2025-ci ilin ilk beş ayında Azərbaycandan 17 ölkəyə 10,4 milyon ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac olunub. Bu ixracın ümumi dəyəri 5,6 milyard ABŞ dolları təşkil edib.
Qeyd edək ki, illik müqayisədə ixracın dəyəri 615,9 milyon dollar və ya 9,8% azalsa da, fiziki həcmi 493,4 min ton və ya 5% artım göstərib. Bu da beynəlxalq neft qiymətlərindəki dalğalanmalar fonunda ixrac həcminin artmasına baxmayaraq, gəlirlərin azalması ilə nəticələnib.