Finss.az - Bu ilin yanvar-may aylarında ölkədə 13,6 min tondan çox lak-boya məmulatları istehsal olunub ki, bu da 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 15,2 faiz və ya 1,8 min ton çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin aprel ayı ilə müqayisədə isə mayda istehsal həcmində 13 faiz və ya 390,8 ton artım müşahidə olunub. May ayında 3,3 min tondan çox lak-boya məmulatları istehsal edilib.
İyun ayının 1-nə hazır məhsul ehtiyatı 713,8 ton təşkil edib.