Finss.az xəbər verir ki, Avropada avtomobil hissələrinin ən böyük onlayn pərakəndə satışı ilə məşğul olan Almaniyanın Autodoc şirkəti IPO-nu təxirə salıb.
Şirkət qərarının səbəbini açıqlamasa da, verdiyi açıqlamada "sonrakı bir tarixdə IPO-nun şirkət və səhmdarlar tərəfindən nəzərdən keçirildiyini" söylədi.
Daha əvvəl şirkətin səhmlərinin iyunun 25-də Frankfurt Birjasında ticarətə başlaması planlaşdırılırdı. Autodoc təxminən 6,6 milyon səhm yerləşdirməyi planlaşdırırdı. İlkin qiymət diapazonu hər səhm üçün 58-61 avro müəyyən edilib, bazar ertəsi 58-59 avroya yenidən baxılıb.