Finss.az xəbər verir ki, WEF-dən verilən açıqlamaya görə, bu il 16-cı dəfə keçiriləcək toplantıda 90-dan çox ölkədən 1700-dən çox hökumət, akademik və biznes nümayəndəsi iştirak edəcək.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirdiyi mətbuat konfransında Baş nazir Li Çianqın iclasın açılışına qatılacağını və orada çıxış edəcəyini açıqlayıb.
Mətbuat katibi Quo bildirib ki, iclasda qonaq qismində Ekvador prezidenti Daniel Noboa, Sinqapurun baş naziri Lourens Vonq, Qırğızıstanın baş naziri Adilbek Kasıməliyev, Seneqalın baş naziri Ousmane Sonko və Vyetnamın baş naziri Fam Minh Çin də iştirak edəcək.
WEF-in Yeni Çempionlar İllik Toplantısının Çin və dünya arasında iqtisadi əlaqələri və praktiki əməkdaşlığı inkişaf etdirmək üçün mühüm platforma olduğunu qeyd edən Quo deyib:
"Dünya zəif iqtisadi artım, təktərəfli və ticarət proteksionizminin gücləndiyi, çoxtərəfli ticarət sisteminə zərbə vuran dövrünü yaşayır. Bunun fonunda builki toplantıda iştirak əvvəlki illərlə müqayisədə yüksək səviyyəyə çatıb ki, bu da tərəflərin iqtisadi qloballaşmanı qorumaq və Çinlə iqtisadi və ticarət əməkdaşlığını davam etdirmək iradəsini nümayiş etdirir".
Dünya İqtisadi Forumunun Yeni Çempionlar İllik Toplantısı bu il ABŞ-ın tarif artımları ilə dünya ticarətini öz xeyrinə yenidən formalaşdırmağa çalışdığı və Vaşinqtonun tarif siyasətinin yaratdığı qeyri-müəyyənliyin dünya iqtisadiyyatına təsir etdiyi bir vaxtda keçirilir. Forumda bu məsələ ilə bağlı müzakirələrin önə çıxacağı gözlənilir.