2024-cü ildə Azərbaycanda əhalinin ümumi xərcləri əvvəlki illə müqayisədə 6,1% artaraq 81 milyard 90,2 milyon manat səviyyəsinə çatıb.
Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumatda bildirilib ki, ötən il əhalinin son istehlak xərcləri 5% artaraq 69 milyard 346,1 milyon manat təşkil edib.
Eyni zamanda, 2024-cü ildə əhalinin nominal gəlirləri də 6,4% artaraq 83 milyard 93,4 milyon manat olub.