2025-ci ilin yanvar-may aylarında Azərbaycandan Böyük Britaniyaya 277 milyon ABŞ dolları dəyərində 501,2 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.
Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16,9 milyon dollar və ya 5,7% azalsa da, həcm baxımından 60,5 min ton və ya 13,7% artım göstərib.
Hesabat dövründə Böyük Britaniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr arasında 6-cı yerdə qərarlaşıb.
Ümumilikdə, yanvar-may aylarında Azərbaycandan 17 ölkəyə 5,6 milyard ABŞ dolları dəyərində 10,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 615,9 milyon dollar və ya 9,8%, həcm ifadəsində isə 493,4 min ton və ya 5% artım deməkdir.