BİZNES

21 İyun

Azərbaycandan Portuqaliyaya neft ixracı 64,7% artıb

2025-ci ilin yanvar-may aylarında Azərbaycandan Portuqaliyaya 310,4 milyon ABŞ dolları dəyərində 576 min ton xam neft və xam neft məhsulları ixrac edilib.

Finss.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Statistik göstəricilər bu dövrdə Portuqaliyaya neft ixracında ciddi artım olduğunu göstərir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 85 milyon ABŞ dolları və ya 37,7%, həcmi isə 226,2 min ton və ya 64,7% artıb. Bu dinamika Portuqaliyanı Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr arasında 4-cü yerə yüksəldib.

Ümumilikdə, cari ilin ilk beş ayında Azərbaycan 17 ölkəyə 5,6 milyard ABŞ dolları dəyərində 10,4 milyon ton xam neft və neft məhsulları ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 615,9 milyon dollar və ya 9,8% azalma, həcm baxımından isə 493,4 min ton və ya 5% artım deməkdir.

Fuad Mədətov
Finss.az