BİZNES

21 İyun

SOCAR: “İstənilən miqyaslı texnoloji tərəfdaşlığa və dialoqa açığıq”

SOCAR texnologiya sahəsində əməkdaşlıq baxımından həm böyük korporasiyalar, həm də kiçik startaplarla işləməyə açıqdır.

Finss.az xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidentinin strateji inkişaf üzrə müşaviri Teymur Əliyev “Baku ID 2025” çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı bildirib.

“Biz enerji sektorunda fəaliyyət göstəririk və əməkdaşlıq baxımından istənilən ölçülü komandalarla dialoqa hazırıq. Əgər təqdim etdiyiniz texnoloji həll SOCAR-ın fəaliyyət istiqamətlərinə uyğun gəlirsə, sizi dinləməyə və qiymətləndirməyə hazırıq,” – deyə T. Əliyev qeyd edib.

O əlavə edib ki, SOCAR hər bir texnologiyaya və ya startapa dərhal investisiya vədi verməsə də, təqdim edilən təkliflərin peşəkar şəkildə nəzərdən keçiriləcəyinə zəmanət verir.
“Yaxşı və funksional məhsulunuz varsa, Azərbaycanın da daxil olduğu qlobal bazarda dəstək almaq imkanınız mövcuddur,” – deyə o vurğulayıb.