2025-ci ilin yanvar-may aylarında Azərbaycandan Rumıniyaya 377,1 milyon ABŞ dolları dəyərində 683,7 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 164,9 milyon dollar və ya 77,7 %, həcm ifadəsində isə 339,3 min ton və ya təxminən 2 dəfə artım deməkdir.
Qeyd olunan dövr ərzində Rumıniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr arasında 3-cü pillədə qərarlaşıb.
Ümumilikdə, 2025-ci ilin ilk beş ayında Azərbaycandan 17 ölkəyə 5,6 milyard dollar dəyərində 10,4 milyon ton neft ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 9,8 % azalma, lakin həcm baxımından 5 % artım deməkdir.
Fuad Mədətov
Finss.az