BİZNES

21 İyun

Azərbaycanın Xorvatiyaya neft ixracı 49% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan Xorvatiyaya 408,9 milyon ABŞ dolları dəyərində 744,7 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.

Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 134,6 milyon dollar və ya 49,1 %, həcm baxımından isə 326,2 min ton və ya 77,9 % artım deməkdir.

Qeyd olunan dövrdə Xorvatiya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında ikinci yerdə qərarlaşıb.

Ümumilikdə, bu ilin ilk beş ayında Azərbaycandan 17 ölkəyə 5,6 milyard dollar dəyərində 10,4 milyon ton xam neft və neft məhsulları ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 9,8 % (615,9 milyon dollar), lakin həcm baxımından 5 % (493,4 min ton) çoxdur.

Fuad Mədətov
Finss.az