Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın Qaraqalpaq investisiya blokunda birgə geoloji kəşfiyyat işlərinin aparılması imkanlarını öyrənir.
Finss.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən III Azərbaycan-Özbəkistan regionlararası forumda deyib.
Nazir bildirib ki, Özbəkistanla ikitərəfli əməkdaşlığın perspektivli sahələrindən biri enerji sektorudur.
M.Cabbarov yaxın zamanda həmin yataqla bağlı genişmiqyaslı işlərin başlanacağına ümid etdiyini qeyd edib.