BİZNES

20 İyun

Azərbaycanda Aqrar Biznes Festivallarında 8 milyon manatlıq məhsul satılıb

Azərbaycanda son bir il ərzində keçirilən Aqrar Biznes Festivallarında ümumi dəyəri təxminən 8 milyon manat olan məhsul satılıb.

Finss.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.

A.Cəfərov qeyd edib ki, bu festivalların əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalçılarını və potensial müştərilərini bir araya gətirərək əməkdaşlıq imkanları yaratmaqdır.

O bildirib ki, bu proses artıq praktik nəticələr verib və ölkə üzrə, o cümlədən 14 iqtisadi rayonun hər birində ümumilikdə 66 Aqrar Biznes Festivalı təşkil olunub. Festivalarda həm kənd təsərrüfatı məhsulları, həm də onların emalı ilə bağlı avadanlıqların satışı həyata keçirilib.