BİZNES

20 İyun

GOOGLE-un PMAX kampaniyası ilə bağlı araşdırma

Finss.az xəbər verir ki, Rəqabət Təşkilatı Google-un Performance Max kampaniyası ilə onlayn reklamda səlahiyyətindən sui-istifadə edib-etmədiyini müəyyən etmək üçün araşdırmaya başlayıb.

Məlum olduğu kimi, Google-un 2021-ci ildə təqdim etdiyi PMAX adı ilə tanınan sözügedən kampaniya, reklamçılara Google Ads platformasındakı bütün reklam sahələrinə tək bir kampaniya vasitəsilə çıxış imkanı təqdim edən hədəf yönümlü bir reklam modelidir.

İstintaq Google-un onlayn reklamdakı gücünü PMAX reklam kampaniyası vasitəsilə digər reklam xidmətlərinə ötürüb-ötürmədiyini, reklamçılara qarşı ədalətsiz hərəkətlərə yol verib-vermədiyini və məlumatları birləşdirərək rəqabətin qarşısını alıb-almadığını qiymətləndirəcək.