2025-ci ilin yanvar-may aylarında Azərbaycana 510 min 430 ton buğda idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 181 min 888 ton və ya 55,3 % çoxdur.
Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal olunmuş buğdanın ümumi dəyəri 110 milyon 435 min ABŞ dolları təşkil edib. Bu, dəyər baxımından 2024-cü ilin ilk beş ayı ilə müqayisədə 37 milyon 759 min dollar və ya 51,9 % artım deməkdir.
Hesabat dövründə buğda idxalının Azərbaycanın ümumi idxalında payı 1,1 % olub.
Fuad Mədətov
Finss.az