Finss.az xəbər verir ki, Amerikalı dərman istehsalçısı Eli Lilly "pis" xolesterinin səviyyəsini aşağı salmaq üçün gen terapiyasını inkişaf etdirən Verve Therapeutics biotexnoloji şirkətini almaq barədə razılığa gəlib.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, sövdələşmənin dəyəri 1,3 milyard dollara qədərdir. Bunun 1 milyard dolları dərhal ödəniləcək, qalan 300 milyon dollar isə müəyyən məbləğə çatdıqdan sonra ödəniləcək.