Finss.az xəbər verir ki, “Vedomosti” qəzetinə müsahibəsində Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, neftin hazırkı dünya qiymətləri artan ticarət müharibələri və geosiyasi gərginlik amili nəzərə alınmaqla mövcud bazar konyukturasının qısamüddətli nəticəsidir və əksər əsas neft istehsalçılarına uyğun gəlmir, ona görə də neft qiymətləri “bazar şoklarının” təsiri azaldıqca tənzimlənəcək və yüksəliş tendensiyası alacaq.
O qeyd edib ki, büdcə qaydası ilə cari kəsmə qiyməti 60 dollar/barel təşkil edir və 2025-ci ilin yanvar-aprel aylarında orta Urals FOB-u 59-60 dollar/barel diapazonunda dəyişir.