Finss.az - Fransanın “IB2” şirkətinin baş icraçı direktoru ilə görüşdə əməkdaşlıq imkanları müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Fransanın "IB2" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Romen Jirbal ilə görüşüb.
Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Əməkdaşlıq müzakirəsində təbii resurslardan səmərəli istifadə, xammalın diversifikasiyası və istehsalda müasir texnologiyaların tətbiqinin dayanıqlı iqtisadiyyatda strateji əhəmiyyəti vurğulanıb. Alüminium sənayesi üzrə əməkdaşlıq və təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib.


Zemfira Ms
Finss.az