BİZNES

12 İyun

Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

Finss.az - Tacikistanla torpaqların idarəedilməsi və kadastrı sahələrində əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Tacikistanın Dövlət Torpaq İdarəetmə və Geodeziya Komitəsinin sədri Xocazadə Orifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qarşılıqlı əməkdaşlıqdan məmnunluq vurğulanıb, torpaqdan istifadə və mühafizəyə dövlət nəzarəti, daşınmaz əmlakın qeydiyyatı, kadastrı, o cümlədən geodeziya sahələrində təcrübə mübadiləsi aparılıb.

Tərəflər reyestr və kadastr məlumatlarından səmərəli istifadə, milli məkan infrastrukturunun qurulması və digər potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.  

Zemfira Ms
Finss.az