Finss.az xəbər verir ki, “The Wall Street Journal” yazır ki, dünyanın ən böyük kosmetika istehsalçılarından biri olan Fransanın “L'Oreal SA” şirkəti süni intellekt layihələrini Amerika Nvidia Corp. ilə əməkdaşlıqda genişləndirəcək.
L'Oreal və onun tərəfdaş ekosistemi Nvidia-nın korporativ süni intellekt platformasından istifadə edəcək, L'Oreal-ın baş marketinq direktoru Asmita Dubey bildirib. Platforma fransız şirkətinə süni intellekt tətbiqlərini idarə etməyə, onların sürətini, təhlükəsizliyini və dəqiqliyini artırmağa kömək edəcək bir sıra mikroservisləri birləşdirir.
İlkin mərhələdə bu mikroservislər L'Oreal-ın yeni məhsul tövsiyə sistemi və generativ süni intellektdən istifadə etməklə məzmun yaratmaq platformasının bir hissəsi kimi istifadə olunacaq.
Müqavilənin maliyyə şərtləri açıqlanmayıb.
Bundan əlavə, Nvidia və Amerikanın AI startapı Perplexity avropalı istifadəçilər üçün lokallaşdırılmış, suveren (dövlət layihələrində istifadə üçün nəzərdə tutulub – İ.F.) süni intellekt modellərinin hazırlanmasında tərəfdaşlıq elan edib.