Finss.az xəvər verir ki, Brand Finance-in araşdırmasına görə, dünyanın ən bahalı 100 İT brendinin dəyəri 3,2 trilyon dollara çatıb ki, bunun da 2,5 trilyon dolları 44 Amerika brendinin payına düşür.
ABŞ-dan olan brendlərin payı 77,9% təşkil edir. 24 Çin brendi ümumi dəyərin 11,4%-ni, 9 yapon - 2,1%, 5 Cənubi Koreya - 3,9%, 5 Hindistan - 1,7%-ni təşkil edir.
Apple brendi artıq ikinci ildir ki, reytinqdə birinci yeri tutur, onun dəyəri 11% artaraq 574,5 milyard dollara çatıb. Sorğular göstərir ki, istehlakçıların 80%-dən çoxu bu brendlə tanışdır və 45%-i Apple məhsul və ya xidmətlərindən istifadə etməyi düşünür.