Finss.az xəbər verir ki, Amerikanın Paramount Global şirkəti ABŞ-dakı iş yerlərinin 3,5%-ni ixtisar edəcək. Bu barədə media şirkətinin əməkdaşları arasında yayılan sənədə istinadən CNBC telekanalı məlumat yayıb.
İxtisarlar bir neçə yüz min insana təsir edəcək.
Paramount kabel televiziyası xidmətlərinə tələbatın zəifləməsi, eləcə də iqtisadi problemlər fonunda xərcləri azaltmağa məcburdur.
"Dəyişikliklər fəaliyyət göstərdiyimiz şəraitə uyğunlaşmaq və şirkətin mövqeyini yaxşılaşdırmaq üçün lazımdır", - sənəddə deyilir.
Ötən ilin sentyabrında şirkət ABŞ-da işçilərinin 15%-ni, yəni 2 minə yaxın əməkdaşını ixtisar etdiyini açıqlamışdı.
Paramount səhmləri çərşənbə axşamı ticarətin əvvəlində 0,2% ucuzlaşıb. Bu ilin əvvəlindən onların dəyəri 14,5% artıb.