Finss.az - İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti “Gedik Kaynak” MMC ilk dəfə olaraq Türkmənistana məhsul ixracına başlayıb. Şirkət tərəfindən bu ölkəyə ilk mərhələdə 100 ton həcmində elektrod göndərilib.
Qeyd edək ki, “Gedik Kaynak” MMC 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən sənaye məhəlləsində 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsal olunur. Müəssisənin aylıq istehsal gücü 300 ton təşkil edir. İnvestisiya dəyəri 7,5 milyon manat olan müəssisədə 20 nəfər daimi işlə təmin olunub.




