BİZNES

05 İyun

Tesla 172 Model Y elektrik avtomobilini geri çağırır

Finss.az xəbər verir ki, Amerikalı Tesla 2025-ci il aprelin 15-dən 20-dək Kaliforniya ştatının Fremont şəhərindəki zavodunda istehsal olunmuş 172 Model Y elektrik avtomobilini geri çağırır, ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) bildirib.

Bu avtomobillərdə bir və ya hər iki ön şüşə yuyucu ucluq şlanq birləşməsindəki nasazlıq səbəbindən işləməyə bilər. Bu, yuyucu mayenin ön şüşəyə çatmasının qarşısını ala bilər və görmə qabiliyyətinə mənfi təsir göstərə bilər ki, bu da qəza riskini artırır.

Bu məsələ ilə bağlı hər hansı insident barədə məlumat verilməyib.