Finss.az - Bu ilin yanvar-aprel aylarında ölkənin mədənçıxarma sənayesində 674,2 ton mis konsentratı istehsal olunub ki, bu da 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 9,3 dəfə və ya 601,9 ton çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin may ayının 1-nə hazır məhsul ehtiyatı 154,8 ton təşkil edib.