Finss.az xəbər verir ki, çərşənbə axşamı günü ticarətdə neftin qiyməti bir qədər yüksək olaraq qalır.
Bazarın diqqəti meşə yanğınları səbəbindən neft hasilatının əziyyət çəkdiyi Kanadanın Alberta əyalətindəki vəziyyətə yönəlib. Ümumilikdə problem sutkada təqribən 344 min barel hasilat təşkil edən güclərə təsir edib ki, bu da ölkədəki bütün neft hasilatının 7%-ni təşkil edir, Reuters qeyd edir.
Qlobal iqtisadiyyatın zəifləməsi və buna uyğun olaraq neftə tələbat qorxuları qiymət artımını ləngidir.