BİZNES

04 İyun

Qlobal Mərkəzi Banklar apreldə 12 ton qızıl alıb

Finss.az xəbər verir ki, Aprel ayında Dünya Qızıl Şurasının (WGC) ilkin hesablamalarına görə, qlobal mərkəzi banklar qızıl-valyuta ehtiyatlarında qızılın həcmini 12 ton artırıblar.

WGC analitiki Krişan Qopaul qeyd edir ki, bu, son bir ildəki orta aylıq alış həcmindən (28 ton) azdır. Alışların azalması ilin əvvəlindən qızılın qiymətinin sürətlə artmasına cavab ola bilər. Analitik hesab edir ki, hətta bu rallinin belə mərkəzi bankları qızıl almaqdan çəkindirmək ehtimalı azdır, çünki onlar daha çox strateji xarakter daşıyırlar.