2025-ci ilin yanvar-aprel aylarında “Azərkosmos”un peyk telekommunikasiya xidmətləri ixracında Birləşmiş Krallıq 1,5 milyon ABŞ dolları ilə ilk sırada yer alıb.
Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan “İxrac icmalı”nın may sayında əksini tapıb.
Məlumata görə, ikinci yerdə 1,2 milyon ABŞ dolları ilə Lüksemburq, üçüncü yerdə 255 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.
Misir və Türkiyə isə müvafiq olaraq 238,6 min və 238,5 min ABŞ dolları ilə ilk beşlikdə yer alıblar.
Fuad mədətov
Finss.az