2025-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” tərəfindən dünyanın 40 ölkəsinə 5,6 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan “İxrac icmalı”nın may sayında əksini tapıb.
Məlumata görə, bu göstərici qurumun ümumi gəlirlərinin 65%-ni təşkil edib. Təkcə aprel ayında isə “Azərkosmos” 38 ölkəyə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixracı həyata keçirib.
Fuad Mədətov
Finss.az