2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın aqrar-sənaye məhsullarının ixracı 90,8 milyon ABŞ dollar təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan “İxrac icmalı”nın may sayında əksini tapıb.
Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə aqrar-sənaye məhsullarının ixracında 7,9% artım qeydə alınıb.
Ümumilikdə isə aqrar və aqrar-sənaye məhsullarının ixracı 12,2% artaraq 323,6 milyon ABŞ dolları təşkil edib.
Fuad Mədətov
Finss.az